Lökbatanda tapança tapıldı

2 Fevral 2017 21:42 (UTC+04:00)

AzNews.az Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində torpağa basdırılmış 1 ədəd “Naqan” tipli tapança aşkar edilərək götürülmüşdür.

Fakt üzrə Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi tərəfindən araşdırma aparılır.