AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, filmin rejissoru Maykl De Luka olacaq. Ssenarini isə Entoni Makkarten Yoko Ono ilə birlikdə yazacaq.
Maykl De Lukanın sözlərinə görə, filmdə həm cütlüyün sevgi həyatı, həm də vətəndaş mövqeyi əks olunacaq. Əsas məqsəd gənc nəsli ilhamlandırmaqdır.
Filmin nə vaxt təqdim ediləcəyi isə məlum deyil.
Qeyd edək ki, Con Lennon və Yoko Ono 1966-cı ildə Londonda sərgidə tanış olublar. Ono öz art-eksperimentləri ilə Lennonun diqqətini cəlb etməyi bacarıb. Onlar 1969-cu ildə Hibraltar boğazında evləniblər. Elə həmin ildə Lennon həyat yoldaşına «The Ballad of John and Yoko» mahnısını həsr edib.


