Sevgililər üçün ən bahalı şəhərlər - Siyahıda Bakı da var

3 Fevral 2017 18:29 (UTC+04:00)

AzNews.az Fins.az-a istinadən xəbər verir ki, rusiyalı romantik turistlərin ən çox seçdiyi şəhərlər arasında Bakı da yer alıb. Belə ki, siyahının ilk beşliyində Bakı da sevgililərə şahidlik edib. İlk beşlikdə Paris, Roma, Minsk, Tiflis və Bakı qərarlaşıb.

Hesablamalara görə, sevgililər üçün ən ucuz istirahət Minsk şəhərində başa gələcək. Belə ki, burada sevgililər orta hesabla günə 45 avro xərcləməli olacaqlar. Sevgililərin ən çox pul xərcləyəcəkləri şəhər isə Paris olub. Burada romantikanı sevənlər orta hesabla günə 100 avro xərcləməli olacaqlar.