Azərbaycan Dövlət Neft Şirkəti Rusiya xəbər portalını təkzib etdi

29 Yanvar 2013 11:46 (UTC+04:00)




Rusiyanın "Neft Rossii" portalı tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin "Başkent Doğalgaz" qazpaylayıcı şəbəkəsinin özəlləşdirilməsi ilə bağlı keçirilən beynəlxalq tenderdə uduzması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin başçısı Nizaməddin Quliyevin "APA-Economics"ə verilən məlumata görə, ARDNŞ sözügedən tenderdə ümumiyyətlə iştirak etməyib: "Rusiya portalının yaydığı xəbər yanlışdır. Çünki Dövlət Neft Şirkəti ümumiyyətlə belə bir tenderə qatılmayıb".

Portalın yaydığı məlumata bildirilir ki, "Başkent Doğalgaz" şəbəkəsi üçün ən yüksək qiymət təklifini (1,162 mlrd. ABŞ dolları) Türkiyənin "Torunlar Gida Sanayi" şirkəti verib.

AzNews.az