Özünü İcra Hakimiyyətinin qarşısında yandırdı

29 Yanvar 2013 11:57 (UTC+04:00)


APA-nın yaydığı məlumata görə, Füzuli rayon Dilağarda kənd sakini Dünyamin Adıgözəlov adlı şəxs Fizuli Rayon icra hakimiyyətinin qarşısında üzərinə benzin tökərək özünə od vurub.


Qohumları bildiriblər ki, D. Adıgözəlovun Ağdam rayonundan məcburi köçkün olan Zahid adlı bir nəfərlə məhkəmə çəkişməsi olub. Belə ki, onlar bir müddət şərikli soğan əkib satmaqla məşğul olublar. Lakin sonradan aralarında narazılıq yaranıb. Bunun üçün də tərəflər məhkəməyə müraciət ediblər. D. Adıgözəlov dünən Fizuli Rayon Polis Şöbəsinin rəis müavini Rəhim Mirzəyevin qəbulunda olub. Oradan çıxandan sonra isə binanın qarşısında üzərinə benzin tökərək özünü yandırıb. D. Adıgözəlov ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Gunxeber.com-un özünün yandıran D.Adıgözəlovun yaxınlarından əldə etdiyi məlumata görə, D.Adıgözəlov Füzuli rayon Yuxarı Dilağarda kəndində anadan olub və hazırda Beyləqan rayonu ərazisində məskunlaşıb.

Rayon gələn xəbərlərdə bildirilir ki, D.Adıgözəlov özünü Füzuli rayon İcra Hakimiyyətinin qarşısında yandırıb.
Baş verən hadisə ilə bağlı Füzuli rayon icra hakimiyyətinin əməkdaşı Məcnun Namazəliyev bidirib ki, hadisə ilə bağlı mətbuata geniş məlumat veriləcək.

AzNews.az