Elçibəyin ailəsi Hafiz Hacıyevə ultimatum verdi

29 Yanvar 2013 12:08 (UTC+04:00)




Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ailəsi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Türkiyədə mərhumum həkimləri ilə görüşməsinə etiraz edib. Sabiq prezidentin qardaşı Almurad Əliyev Modern.az-a açıqlamasında Hafiz Hacıyevi reklam kampaniyasından əl çəkməyə çağıraraq onun Türkiyədə Elçibəyin həkimləri ilə görüşməsinin yalan olduğunu deyib.

"Bu Hafiz Hacıyevdir. Ondan hər şey gözləmək olar. Onun Türkiyədə həkimlərlə görüşməsi yalandır. Həkimlər onunla görüşməzlər. Sadəcə bu onun növbəti uydurmasıdır. Biz Hafizə sözümüzü demişik ki, əl çəksin bu işlərdən. Gözləyirik. Hafiz çabalasın görək nə edəcək?",- deyə A.Əliyev xəbərdarlıq edib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yanvarın 25-də Türkiyəyə işgüzar məqsədlərlə səfər edib. Partiyadan Modern.az-a verilən məlumata görə, səfər zamanı Hafiz Hacıyev nəzərdə tutulan bir sıra mühüm görüşlər keçirib. Bildirilir ki, Hafiz Hacıyev səfər zamanı mərhum eks-prezident Əbülfəz Elçibəyin həkimləri ilə görüşərək, onu maraqlandıran və ona qaranlıq qalan məsələlərə aydınlıq gətirmək istəyib. Hafiz Hacıyev görüşlərinin təfərrüatları haqda mətbuata açıqlama verəcəyini deyib.

AzNews.az