AzNews.az Ölkə.az-a istinadən xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil.
Komitə iclasında “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.
Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.
Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.