Yol polisindən sürücülərə xəbərdarlıq

29 Yanvar 2013 12:15 (UTC+04:00)


Müraciətdə avtomobil sürücülərinə mümkün qədər ehtiyatlı olmağı və ehtiyac yaranmazsa şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət görülür.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirib ki, güclü yağış ucbatından Bakının bir çox küçələrində müəyyən fəsadlar yaranıb. Hətta bəzi yollarda gölməçələr var.

"Hazırda yollarda bəzi çətinliklər olduğu üçün sürücülər çalışıb mümkün qədər ictimai nəqliyyatdan istifadə etsinlər. Maşın sürərkən də, diqqətli olsunlar", - deyə V.Əsədov bildirib.