Məşhur müğənninin xanımı yeni işə başladı - Foto

4 Fevral 2017 19:31 (UTC+04:00)

Milli.Az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı model dünən ABŞ-ın Florida ştatındakı Mayami şəhərində kolleksiyasının reklam çəkilişlərində idi.

Əynində boyskaut formasına bənzəyən paltar olan Teyqen okean sahilində pozalar verib. Onun geyimində "Chrissy Plant Manager" leybli vardı.

Con Leqend ən məşhur mahnılarından biri olan "All Of Me"ni xanımı Kriss Teyqenə həsr edib.

Atası norveçli, anası taylandlı olan K.Teyqen mahnının videoklipində C.Leqendin tərəf-müqabili olub.

AzNews.az