AYB Ədəbiyyat Müsabiqəsini tərk edənləri “qorxaq” adlandırır

29 Yanvar 2013 12:24 (UTC+04:00)



Yazıçılar Birliyinin ədəbiyyat müsabiqəsindən istefalar davam edir. Münsiflər heyətinin sədri Kamal Abdullanın ardınca şair Aqşin Yenisey, yazıçı Zakir Sadatlı, indi də Şəhriyar del Gerani bu müsabiqədən imtina edib.

Yazıçılar Birliyinin sözçüsü Ədalət Əsgəroğlunun AzNews.az-a verdiyi açıqlamasında bildirdi ki, ədəbiyyat müsabiqəsindən imtina edənlər özlərinə inanmayanlardır:

"Şəhriyar imtina deyil, əsərini geri götürüb. Qalib kim ola bilər? Başa düşə bilmirəm, bunlar niyə indidən danışırlar? İmtina edənlərin bir məqsədi var. Onların heç biri özlərinə arxayın deyil. Gərək müsabiqəyə əsər verəndə özünə arxayın olasan. Vaqif Bəhmənlinin adını ortaya niyə salıblar. O, elə əxlaqın yiyəsi deyil ki, gizlicə oyun qura. Bunlar başqalarının, qələm yoldaşlarının haqqında niyə belə fikirdədir? Guya bunlar böyük əsərlər yazıblar və onların da qarşısını alan qaraguruhçular var. Çox axmaq fikirdir. Gedirlərsə yaxşı yol".

Bahar Rüstəmli
AzNews.az