Gülər Əhmədovanın əsgər oğlundan ilginc məlumatlar

29 Yanvar 2013 12:42 (UTC+04:00)


Sabiq millət vəkili Gülər Əhmədovanın oğlu barədə AzNews.az-a maraqlı bir məlumat daxil olub.

"Video qalmaqalı" ortaya çıxandan sonra "hamı kimi" hərbi hissəyə yollanan Toğrul Əhmədov sən demə heç də "hamı kimi" qulluq etmirmiş.

Saytımıza daxil olan və dəqiqliyinə şübhə etmədiyimiz məlumata görə, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edir və hərbi hissə komandirinin sürücüsüdür. Onunçün imkan qədər rahat şərait yaradılsa da, o, düşdüyü vəziyyətdən çox narazıdır.

Mənbəmizin dediklərindən: "O güclə dözür, komandirinə bütün günü zarıyır, darıxdığını bildirir. O, darıxmağını hərbi xidmət çətinliklərilə deyil, anasının düşdüyü durumla əlaqələndirsə də, əslində hamımız həqiqəti bilirik".


Məlumata görə, Gülər Əhmədova və ailəsi nədənsə Toğrulun harada xidmət etməsinin bilinməsindən həddindən artıq əndişələnir. Hətta Gülər Əhmədovanın oğlu hərbi xidmətə yollanmazdan öncə ən yaxın dostlarına belə harada xidmət edəcəyini gizlətmək məqsədilə onlara yalan məlumat verib. Belə ki, sabiq millət vəkilinin oğlu yaxın ətrafına "Sərhəd qoşunları"nda xidmət edəcəyini bildirib.

Mənbəmiz iddia edir ki, o, bütün bunları anası Gülər xanımın məsləhəti ilə edib.

Orxan
AzNews