Gəmidə kapitanın meyiti tapıldı - Bakıda faciə

5 Fevral 2017 17:45 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib. Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyiti onun yataq otağında aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.