Ötən il Qaradağda tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib

29 Yanvar 2013 13:08 (UTC+04:00)
2012-ci ildə tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2012-ci il oktyabrın 19-da Qarağan Sədi kəndinin ərazisində tapılan meyitin şəxsiyyəti müəyyən edilib və onun Sumqayıt şəhər sakini Qorxmaz Hüseynov olduğu müəyyənləşdirilib.