Nadir Qafarzadə yol hərəkət qaydasını belə pozdu- FOTO

6 Fevral 2017 16:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçiləri şəkillər paylaşıb. Şəkildən görünür ki, o, idarə etdiyi 90 BŞ 777 nömrəli avtomobili yolun hərəkət hissəsində saxlayıb.

Müğənninin köməkçisi Bəşir Xıdırov AzNews.az-a açıqlamasında 90 BŞ 777 nömrəli maşının Nadir Qafarzadəyə məxsus olduğunu təsdiqlədi:

“Nadir həmişə qayda-qanuna, yol hərəkət qanunlarına əməl edən müğənnidir. Ola bilsin harasa tələsir, ya da saxlamaq üçün yer olmayıb. Ya da vaxt məhdudiyyəti yaranıb. Bu, hər bir vətəndaşın başına gələ bilər.”

Foto: Mahir Məmmədli

Bahar RÜSTƏMLİ

AzNews.az