“Ərazi palçıq olduğuna görə tədqiqat üçün nümunələr götürmək olmayacaq”

7 Fevral 2017 12:18 (UTC+04:00)

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

O bildirib ki, ərazidə bataqlıq yarandığına görə orada avtomobillərin hərəkət etməsi mümkün deyil və səfər də bu səbəbdən baş tutmayıb: “Ərazi palçıqlıq olduğuna görə tədqiqat üçün nümunələr götürmək, planlama işi aparmaq, süxur nümunələri götürmək mümkün olmayacaq. Hava şəraitindən asılı olaraq ərazidəki torpaq örtüyü nisbətən quruyan kimi işçi qrup əraziyə gedəcək".

Şöbə müdiri qeyd edib ki, “Otmanbozdağ” vulkanı artıq enerjisini itirib: “Yəni vulkan sakitləşib. Həmin vulkanın yenidən püskürməsi gözlənilmir. Çünki vulkan yenidən püskürmək üçün enerjisi toplamalıdır”.

AzNews.az