Poroşenko azərbaycanlı zabiti ordenlə təltif etdi

8 Fevral 2017 11:44 (UTC+04:00)

Ailəsindən APA-ya verilən məlumata görə, azərbaycanlı zabit Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif edilib. P. Poroşenko ötən gün bununla bağlı sərəncam imzalayıb.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan Ukrayna vətəndaşı R. Baxşıyev 1979-cu ildə Rusiyanın Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərində doğulub. 1988-ci ildə Bakıya köçüb. Yüngül atletika üzrə idman ustasıdır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, həqiqi hərbi xidmət keçib və 6 il əvvəl Ukraynaya köçərək oranın vətəndaşlığını qəbul edib. R. Baxşıyev Ukrayna Silahlı Qüvvələrində xidmətə başlayıb, leytenant rütbəsi alıb. O, separatçılara qarşı döyüşlərdə iştirak edib və hazırda orduda xidmətə davam edir.

AzNews.az