Aleksandr Lapşini nə qədər cəza gözləyir? - ŞƏRH

8 Fevral 2017 13:49 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlama verən hüquq müdafiəçisi Adəm Məmmədovun sözlərinə görə, Aleksandr Lapşin 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər:

Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 281-ci maddəsində göstərilir ki, dövlət əlehinə çağrışlar, yəni hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanmasına və Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, və ərazi bütövlüyünün parçalanması ilə bağlı açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə çəzalandırılır. Əgər ona 281.1 maddəsi üzrə cəzalandırılsa, eyni əməllər təkrarən bir qrup şəxs tərəfindən törədildikdə 5 ildən 8 ilədək azadlıqdan məhrum olunacaq. Bu da ağır cinayətlər kateqoriyasına aiddir. Yox əgər, Cinayət Məcəlləsinin 318-ci Azərbaycan Respublikası Dövlət Sərhəddini qanunsuz keçmə, dövlət tərəfindən müəyyən edilmiş sənədlər olmadan və nəzərdə tutulan məntəqədən kənarda keçmə maddələri ilə cəzalandırlsa, onda Lapşini 200 manatdan 500 manata kimi cərimə, yaxud da yaxud 2 il müddətində azadlıqdan məhrum etmə cəzası gözləyir.”

Vəkil bu cəzanın çox ədalətli olacağını vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az