“Artsaxın səsi” qrupunun konserti ilə bağlı İrandan - Rəsmi reaksiya

8 Fevral 2017 15:28 (UTC+04:00)

Bunu APA-nın Tehran bürosuna İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Musiqi və İncəsənət şöbəsindən bildiriblər:

“Bu məlumat kökündən yanlışdır. İran qondarma Dağlıq Qarabağ Respublikasından olan hər hansı musiqi qrupuna ölkədə çıxış etmək üçün icazə verməyib”.

APA-nın Tehran bürosunun əldə etdiyimiz məlumata görə, İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Musiqi və İncəsənət şöbəsinin rəisi Fərzad Talebi bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi ilə telefonda danışıb və xəbəri təkzib edib.

AzNews.az