Sabir Rüstəmxanlı ABŞ səfirinin birinci katibi ilə görüşdü-FOTO

29 Yanvar 2013 16:20 (UTC+04:00)



Bu gün saat 15:00-da VHP-nin mərkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Rocer C.Riqaud VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüb.
Görüşdə seçki ilində Azərbaycandakı və bölgədəki vəziyyət, ictimai-siyasi proseslərdə Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi müzakirə olunub.

Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Sabir Rüstəmxanlı yenicə qayıtdığı Almaniya səfəri və Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti, həmçinin Gülüstan müqaviləsinin 200 ilinin tamam olduğu bu ildə hələ də azərbaycanlıların bölünmüş xalq statusu almaması, Güney Azərbaycan, İraq türklərinin durumu, DAK-ın qarşısına qoyduğu məqsədlər və s. haqqında ətraflı məlumat verib.

Azər
AzNews.az