“Hacı Məmmədov yaxın qohumlarıyla görüşməkdən də imtina edir“

29 Yanvar 2013 16:19 (UTC+04:00)



"Hacı Məmmədov heç kimlə görüşmək istəmir. Ətraf mühitlə bütün əlaqəni kəsib. Hətta yaxın qohumları ilə belə, görüşməkdən imtina edib. Uzun müddətdir ondan xəbər yoxdur". Moderator.az-a bu haqda İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, H.Məmmədovdan müdafiəçisi Səməd Əliyev öldükdən sonra onun haqqında informasiya almaq mümkün deyil.

Hacı Məmmədovun yeni vəkilinin olub-olmaması haqda isə heç bir məlumat yoxdur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov adam oğurluğunda və çoxsaylı qətllərdə təqsirli bilinərək, 2007-ci ildə ömürlük azadlıqdan məhrum edilib

AzNews.az