6 hakimin səlahiyyətlərinə xitam verildi

9 Fevral 2017 20:23 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Şuranın bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasında bildirib.

Onun sözlərinə görə, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib.