Bakı Tbilisi-Qars dəmir yolunda oğurluq baş verdi

9 Fevral 2017 22:16 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Marabda-Axalkalaki-Qars dəmir yolu xəttində 86 kiloqram ağırlığında mis kabel oğurlanıb. Oğurlanmış kabel “Atef Georgia” MMC-yə məxsusdur.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, kabel oğurluğu ilə əlaqədar 3 nəfər saxlanılıb. Onlardan biri Samsxe Cavaxetidəki Ninosminda rayonunda yaxalanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslərdən biri Marabda-Axalkalaki-Qars dəmir yolunun Ninosminda hissəsində “Atef Georgia” MMC-yə məxsus 86 kiloqram həcmində mis kabeli oğurlayaraq digər iki şəxsə satıb. Onların avtomobilinə baxış zamanı oğurlanan kabel dəlil kimi götürülüb.

İlkin hesablamalara görə, “Atef Georgia” MMC-yə 1558 ABŞ dolları və 2050 lari dəyərində ziyan dəyib.