AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, filmin yaradıcıları məşhur moda şousu - Met Gala tədbirini yenidən yaratmaq üçün Metropolitan muzeyinə bir milyon dollar pul ödəyiblər.
Qeyd edək ki, “Ouşenin 8 rəfiqəsi” filminə Enn Xeteuey, Sandra Bullok, Sara Polson, Helena Bonem Karter, Keyt Blanşett kimi məşhur aktrisalar dəvət olunub. Həmçinin filmdə, Rihannanı da görə biləcəyik.
Filmin 2018-ci ilin yayında təqdim ediləcəyi gözlənilir.




