İt anası tərəfindən atılmış körpəni xilas etdi

10 Fevral 2017 21:20 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Altay bölgəsində məsuliyyətsiz ana 2 yaşlı oğlunu soyuq evdə tək-tənha qoyub. Uşaq itin sayəsində sağ qalıb.

Soyuqdan donan uşağı isə təsadüfən yad bir adam aşkar edib. Hüquq-mühafizə orqanları uşağı xəstəxanaya aparıblar. Məlum olub ki, ana 4 gün əvvəl evi tərk edib.

Hazırda ana ilə bağlı cinayət işi açılıb.