Harada tıxac var?-Yenilənib

30 Yanvar 2013 08:07 (UTC+04:00)



Bu dəqiqələrdə paytaxtın Heydər Əliyev prospekti, Ziya Bunyadov prospekti, Təbriz küçəsi, akademik Həsən Əliyev küçəsi, Bakı-Sumqayıt şosesi, Zivərbəy Əhmədbəyov küçəsi, Üzeyir Hacibəyov küçəsi, Mehdi Hüseyn küçəsi, Şeyx Şamil küçəsi, Abdulvahab Salamzadə küçəsi, Afiyəddin Cəlilov küçəsi, Xoyski prospekti, Mikayıl Müşfiq küçəsində tıxac olduğundan nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Süleyman Əhmədov küçəsi, Babək prospektinin böyük hissəsində, Böyükşor şosesində, Xətai küçəsində, Qara Qarayev prospektində, 28 may küçəsində, Yusif Səfərov küçəsində, akademik Əhəd Yaqubov küçəsində, Zərifə Əliyeva küçəsində, Cavadxan küçəsində, Əhməd Rəcəbli küçəsində, Müzəffər Nərimanov küçəsində, Hənifə Ələsgərov küçəsində sıxlıq müşahidə olunur.

Sürücülərin diqqətinə çatdırılır ki, bu dəqiqələrdə paytaxtın Rüstəm Rüstəmov küçəsi, Nobel prospekti, Neftçilər prospekti, Şövkət Məmmədova küçəsi, Əhmədbəy Ağaoğlu küçəsi, Asif Məhərrəmov küçəsi, xarici dairəvi küçəsi nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün açıqdır.

AzNews.az