Təbrizdə Azərbaycan musiqisi gecəsi

30 Yanvar 2013 09:11 (UTC+04:00)


Dünya Azərbaycanlıları Konqresinin məlumatına görə, konsert Təbrizə fəaliyyət göstərən "Dalğa" musiqi qrupu tərəfindən təşkil olunuv. Məqsəd Azərbaycan milli musiqisinin təbliğ etməkdir.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, aşıq musiqisi və muğam ifa olunur. Yanvarın 28-də başlayan konsert bu gün başa çatacaq.

Konsertin bütün biletləri qısa müddətdə satılıb qurtarıb. Hətta konsertin ilk günü 200 nəfərə yaxın insan bilet tapmadığı üçün zala daxil ola bilməyib.

Elnarə
AzNews.az