Yollar buz bağladı - Hərəkət çətinləşdi

11 Fevral 2017 21:55 (UTC+04:00)

ARB Şəki xəbər verir ki, gecə saatlarından çətinliyin aradan qaldırılması üçün “İsmayıllı Yol İstismar” MMC-nin canlı qüvvəsi və ağır texnikaları ərazilərə cəlb olunub. Yollardan qar təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Lakin qar yağışının davam etməsi səbəbindən işlər ara vermədən aparılır.

Səkilərdən buz örtüyünün təmizlənməməsi isə piyadaların hərəkətini xeyli çətinləşdirib.

AzNews.az