Gəncədə ərzaq və meyvə-tərəvəz mağazaları yandı - bir nəfər öldü

12 Fevral 2017 10:15 (UTC+04:00)

AzNews.az FHN-ninn saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış meyiti aşkar olunub. Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.