Depressiyadan əziyyət çəkənlər üçün - qeyri-adi otel - Fotolar

12 Fevral 2017 14:21 (UTC+04:00)

AzNews.az buro247.az-a istinadən xəbər verir ki, "Tərsinə ev" adlanan otelin interyeri 2017-ci ilin rəngində - "Greenery" qammasında yerinə yetirilib. Məkan müxtəlif bitkilərin çoxlu sayda dibçəkləri ilə bəzədilib. Otaqlardan birində ayışdöşəyi, kolluqlar və ağaclardan ibarət əsl meşə təşkil edilib. Otel əhval-ruhiyyəni qaldırmaq, ilham vermək və mövsümi depressiyadan can qurtarmağa kömək etmək üçün nəzərdə tutulub.