5 turisti zorladı, onların çantalarını oğurladı və...

30 Yanvar 2013 09:41 (UTC+04:00)
İstanbul Bəyoğlunda 5 qadın turistə təcavüz edən və onların çantalarını oğurlayan şəxs Bodrumda internet kafelərin birində tutulub. Gün.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polisin son 3 ayda təcavüz hadisələrinin yayılmasına görə başladığı istintaq işi ərəfəsində qadınlardan aldığı bilgi əsasında günahkarın robot şəkli çəkilib.

Polisin aldığı məlumata görə isə günahkar izlədiyi turist qadınlara içki almaq bəhanəsi ilə yaxınlaşaraq daha sonra isə onları qaranlıq küçəyə çəkərək zorlayırmış. Bundan sonra isə onların çantalarını oğurlayırmış.

Bursada baş verən bir avtobus qəzasının görüntülərində isə sərnişin olaraq gedən şəxsin elə həmin bu şəxs, K.O (31) olduğu ortaya çıxıb.

Avtobusun Bodruma getdiyinin öyrənilməsilə polis bütün bölmələrə xəbər verib və otellərin birində işlədiyi məlum olan K.O-nun tutulması üçün istintaq işi başladılıb. İnternet kafelərin birində olduğu məlum olan günahkar polis səyi nəticəsində tutularaq istintaqa təhvil verilib.

5 zorlama və oğurluqda ittiham edilən K.O-nun barəsində cinayət işi açılıb.

AzNews.az