Azərbaycanın yeddi rayonunda qaz olmayacaq
30 Yanvar 2013 09:46 (UTC+04:00)
Təmir işləri ilə əlaqədar olaraq 30 yanvar 2013-cü il tarixdə saat 10:00-dan etibarən Azərbaycanın yeddi rayonuna qazın verilməsində fasilələr yaranacaq.
Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən çərşənbə günü verilən məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, respublikanın Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, eləcə də Yevlax və Ağdaş rayonlarının qaz təchizatında məhdudiyyət olacaq.
AzNews.az