“Grammy” mükafatı təqdim olundu – İlin mahnısı “Hello”+ VİDEO

13 Fevral 2017 10:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Los-Ancelesdə Grammy mükafatlarının 59-cu təqdimetmə mərasimi keçirilib. “İlin mahnısı” nominasiyasında Adel, Beyonse, Castin Biber, Mayk Pozner kimi müğənnilər mübarizə aparıblar.

Adel “Hello” kompoziyası ilə həm “İlin mahnısı”, həm də “İlin səs yazısı” nominasiyalarında qalib olub.

Bundan başqa, Adelin “25” adlı albomu “İlin albomu” nominasiyasına Grammy mükafatına layiq görülüb.

Ümumilikdə, Adel bu il 5 nominasiya üzrə Grammy alıb.

Mükafatı alarkən Adel heç vaxt bu mükafatı ala bilməyə Beyonseyə təşəkkür edib.

Ekspertlər əvvəlcədən Beyonsenin “Lemonade” albomunun “İlin albomu” olacağını proqnozlaşdırmışdılar.