"Nəqliyyat Nazirliyinin ləğv edilməsi gözlənilən idi"- ŞƏRH

13 Fevral 2017 15:20 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin ləğv edilməsi gözlənilən idi:

“Zaman-zaman Nəqliyyat Nazirliyinin səlahiyyətləri mərhələli şəkildə ləğv edilib digər dövlət qurumları ilə bölüşdürülürdü. Hamı nazirliyin ləğv edilməsini poqnozlaşdırırdı. Düşünürəm ki, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsi müsbət məqamdı. Səlahiyyətlərin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilməsi doğru addımdır. Mən bunu struktur islahatı kimi qiymətləndirirəm.”

Vüqar Bayarmov struktur islahatlarının davam etdirilməsinə ehtiyac olduğunu da vurğulayıb:

“Struktur islahatları yalnız büdcə vəsaitlərinə qənaət edilməsi deyil, həm də idarəetmənin çevikliyi baxımından vacibdir. Növbəti mərhələdə bizim 2011-ci ildə təklif etdiyimiz digər struktur islahatlarını müşahidə edə bilərik. Məsələn, “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı” ASC-nin birləşdirilməsini təklif etmişik.”

Bahar RÜSTƏMLİ

AzNews.az