"Şahin yaşayır" - xanımından açıqlama

13 Fevral 2017 21:52 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, rejissorun xanımı Səbinə Zəkizadə bildirib ki, onun ölüm xəbərini yayıblar:

"Niyə bilmədən belə xəbər yayırlar... Şahin sağdır, vəziyyəti kritikdir. Süni aparata qoşulub. Amma hələ yaşayır. Müalicəsi davam edir. Kritik haldadır deyə, adamın ölüm xəbərini yaymalıdırlar?".