Rasim Ocaqov adına təqaüd təsis olunub

14 Fevral 2017 13:06 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib.

Onun sözlərinə görə, bu mükafat yaxşı oxuyan tələbələr üçün nəzərdə tutulub: “Təqaüd ilk olaraq Xalq artisti Eldar Quliyevin tələbəsi Masər Həsənova verildi. O, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasının 3-cü kurs tələbəsidir.”

Qyed edək ki, Masər Həsənov birinci qrup əlildir.

Şəfiqə Məmmədova gələcəkdə də fərqlənən tələbələrə fərdi təqaüdlərin veriləcəyini bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az