Jalə Əliyeva komitə üzvü seçildi

14 Fevral 2017 12:46 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında komitə üzvlüyünə deputat Jalə Əliyevanın namizədliyi irəli sürülüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da, MM-in Əmək və sosial siyasət komitəsinin üzvlərinin sayı 11-ə çatıb.

Xatırladaq ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.