Milli Məclisin komitə sədri nazir müavininin məruzəsinə etiraz bildirib

14 Fevral 2017 13:47 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında İllik Məruzə ilə təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu xatırladıb: “Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”.

Komitə sədri qeyd edib ki, ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb, işlərin səmərəliliyi daha artırılmalıdır.