Dünyanın ən yaraşıqlı cinayətkarı podiuma çıxdı - İlk dəfə - Fotolar

14 Fevral 2017 20:08 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı Ceremi Nyu-York moda həftəsinə qatılıb. O, modelyer Philipp Plein-in geyimlərini nümayiş etdirib.

Onu izləyən tamaşaçılar arasında Madonna, Kayli Cenner, Peris Hilton da olub.

Qeyd edək ki, Ceremi Miks 2014-cü ildə qanunsuz silah saxlama maddəsi ilə həbs olunub. Polislər onun fotolarını sosial şəbəkələrdə paylaşıb. Bundan sonra o, xarici görünüşünə görə inanılmaz popularlıq əldə edib.