Meray Keri bu evə aylıq 100 min dollar pul ödəyir - Foto

14 Fevral 2017 23:19 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, cah-calala öyrəşən ulduz ifaçının evinin ümumi sahəsi 4,5 min kvadrat metrdir. Evəd 9 yataq otağı, 10 hamam otağı var.

Evdə qonaqların əylənməsi üçün hər şey var - ev kinoteatrı, oyun zalı və boulinq. Ərazidə hovuz və tennis kortu da yerləşir.

Müğənni hələlik, evin kirayə haqqını ödəyir. Gələcəkdə onu 23 milyon dollar ödəyib ala bilər.

Ev çox prestijli və qapalı The Oaks rayonuna yerləşir. Burada Meray Kerinin qonşuluğunda Kortni Kardaşyan yaşayır.