“Brilliant Dadaşovanın verilişinə baxıram. Bu, nə yaaa...” – QALMAQAL

30 Yanvar 2013 11:15 (UTC+04:00)
Teleaparıcı və jurnalist Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) xalq artisti Brilliant Dadaşova haqqında bildirdiyi fikir qalmaqala səbəb olacaq.

AzNews.az-ın məlumatına görə, X.Hidayətqızı "Facebook" sosial şəbəkəsində yazdığı qeyd xalq artistini narahat edəcək qədər kəskindir: "TMB-də Dadaşovanın verilişinə baxıram. Bu, nə yaaa... Üzüldüm. Dadaşovanın səsində problemi var sanki. Türk müsafiri sözün əsl mənasında, ona oxumağın necə olduğunu göstərdi".

Fuad Mədətov
AzNews.az