Dövlətin büdcəsində cəmi 217 dollar qalıb - ŞOK

30 Yanvar 2013 11:56 (UTC+04:00)
Zimbabve iqtisadi kollaps vəziyyəti ilə üzləşib. "APA-Economics"in "İTAR-TASS"a istinadən xəbərinə görə, ölkənin maliyyə naziri Tendai Biti hökumətin hesabında cəmi 217 dollar pul qaldığını bəyan edib.

Onun sözlərinə görə, inflyasiya 230 mln. faizə çatdıqdan və büdcə təşkilatlarında çalışanların maaşları ödənildikdən sonra büdcə tamamilə boşalıb: "Biz artıq qarşımıza qoyulan vəzifələrin öhdəsindən gələ bilmirik".

Qeyd edək ki, Cənubi Afrika ölkəsi olan Zimbabve 1980-ci ildə müstəqillik əldə etdikdən sonra iqtisadiyyatı zəifləməyə doğru gedib. Ağdərili fermerlərin torpaqları qaradərili kəndlilərin xeyrinə müsadirə olunduqdan sonra ölkədə inflyasiya dərinləşməyə başlayıb. İşsizlik 80%-ə çatıb, əhalinin 25%-i ölkədən qaçıb.

AzNews.az