“Xocalı faciəsinin baş verməsində Azərbaycana rəhbərlik edən adamların da günahı var idi”- Xanlar Vəliyev

16 Fevral 2017 12:16 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Soyqırım muzeyi” kitab-albomunun təqdimatında deyib.

X. Vəliyev bildirib ki, Xocalı faciəvi hadisələrin pik həddi oldu: “Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların da günahı var idi. Bu faciədən sonra dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etmək üçün böyük əziyyət çəkdi”.