Gəncədə 2 qadın insan alveri faktına görə tutulub

30 Yanvar 2013 12:21 (UTC+04:00)
Gəncə şəhərində qadınları fahişəliyə cəlb edən 2 qadın tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Pərvanə Əliyeva və Sevinc Verdiyeva saxlanılıb. Onlar gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri faktları üzrə təqsirləndirilir.

Faktla bağlı araşdırma aparılır.