Bahar Muradova müxalifətin iradlarına cavab verdi

30 Yanvar 2013 13:05 (UTC+04:00)


Azərbaycanda müxalifət qüvvələri iqtidarı onların təkliflərinə reaksiyasız qalmaqda və özlərinə qarşı münasibətin adekvat olmamasından narazılıq edirlər. Onlar eyni zamanda ölkədə keçirilən istənilən seçkilərin nəticələri barədə verilən rəsmi məlumatlarla razlaşmırlar. Maraqlıdır, hakim komandanın üzvləri bu etirazlarla nə dərəcədə razılaşırlar?

Bununla bağlı AzNews.az-a fikirlərini açıqlayan Milli Məclisin vitse-spikkeri Bahar Muradova səsləndirilənlərlə razılaşmayıb: "Hakim partiya olaraq bəzən biz də seçkinin nəticələrindən narazı oluruq. Analiz edib görürük ki, gördüyümüz işə, imkanlarımıza uyğun olmayan nəticə var və müsbət nəticə gözlədiyimiz məntəqədə faiz nisbəti aşağıdır.

Ona görə də seçkidən sonra keçirdiyimiz tədbirlərdə bəzi şəxslərə irad tuturuq, onların bəzilərini cəzalandırırıq, bəzilərini vəzifələrindən kənarlaşdırırıq. Bu məqam istənilən siyasi partiyanın fəaliyyətində nəzərə çarpır. Baxın görün, siz 6 yüz minlik bir partiya ilə lap elə olsun 50 minlik bir partiyanı müqayısə edirsiniz. Axı belə bir fərqlə nəticələr də eyni ola bilməz.".

Gültəkin
AzNews.az