Röya planlarını AzNews.az-a açıqladı – EKSKLÜZİV

30 Yanvar 2013 13:17 (UTC+04:00)


Azərbaycan və Türkiyənin tanınmış müğənnisi Röya Ayxan ifa etdiyi "Göndər" mahnısına çəkilən klipdən sonra pərəstişkarlarına növbəti sürprizini hazırlayır. Bu barədə AzNews.az-a müğənni özü məlumat verib.

""Göndər" mahnısından sonra ya "Gəmicilər", ya da "Cəsarət" adlı mahnılar olacaq. Bu iki mahnıdan biri mütləq hazırlanacaq. Əvvəlcədən vəd vermək istəmirəm. Mahnıların müəllifləri İsgəndər Paylac və Əflatundur".

Qeyd edək ki, "Göndər" adlı mahnının sözləri və musiqisi Sonər Sarıkabadayıya məxsusdur. Mahnının akustik versiyasını Mustafa Ceceli, remiks versiyasını isə Kaan Gökman hazırlayıb.

Fuad Mədətov
AzNews.az