Aybəniz Haşımova bacısının işdən çıxarılmasından danışdı- “Vəzifə əbədi deyil”

17 Fevral 2017 14:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, Şahnaz Haşımovanın bir neçə ay bundan əvvəl öz ərizəsi ilə işdən çıxdığını bəyan edib:

“Səhhətindəki nasazlıqlarla bağlı öz ərizəsi ilə tutduğu vəzifədən gedib. Şahnaz 20 il Gəncə Dövlət Filormoniyasına rəhbərlik edib və onun zəhmətinə dövlətimiz yüksək qiymət verib. Vəzifə əbədi deyil”.

Xalq artisti, Prezident təqaüdçüsü Şahnaz Haşımova Gəncə Dövlət Filormoniyasının rəhbərliyindən azad edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az