Səidə Sultan efirdə ağladı - Video

17 Fevral 2017 16:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinin bu dəfəki qonağı Səidə Sultan olub.

Müğənni daha çox atasına oxşadığını bildirib:

"Anam bəzən deyir ki, oxşadın atana. Atam biraz dəliqanlı kişi olub. Deyirəm ki, mən onun qızıyam, 3 qızdan birisi ona oxşamalıdı da".

Səidə Sultan anasından danışarkən isə göz yaşlarını saxlaya bilməyib.

"Anam mənim həm anamdır, həm atamdır. Allah mənim ömrümdən alıb ona versin. Anam zəhmətkeş qadındır".