Çəkiliş meydançasında yanğın - məşhur aktyor ölümdən döndü

17 Fevral 2017 23:38 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, dəri xərçəngindən əziyyət çəkən 48 yaşlı aktyor "Möhtəşəm şoumen" filminin çəkiliş meydançasında güclü yanğınla üzləşib

Filmin final səhnəsində baş qəhrəman dostunu yanğının içindən çıxarır. Lakin, pritexniklərin səhvi nəticəsində yanğın bütün binaya yayılıb.

Yanğınsöndürənlər gələnə qədər aktyoru və digər şəxsləri çəkiliş meydançasında olan şəxslər yanğından çıxarmağa çalışıblar. Xoşbəxtlikdən, həmin şəxslər əvvəllər yanğınsöndürən olub.

Aktyorla birlikdə 150 nəfər binadan çıxarılıb. Hadisə nəticəsində, heç kim xəsarət almayıb.