Millət vəkili Macarıstan səfiri ilə görüşdü

30 Yanvar 2013 14:50 (UTC+04:00)

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşüb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı F. Muradov rəhbərlik etdiyi BGT-nin fəaliyyəti barədə səfirə məlumat verib. Qeyd olunub ki, "Böyük İpək Yolu" BGT-də Macarıstan gənclərinin təmsil olunması bu ölkələrin bir-birinə mədəni interqasiyasında əlamətdar bir rol oynayır. Səfir Çutora təşkilatın gördüyü işləri və gələcək planları ilə maraqlanıb. Daha sonra Macarıstan səfiri öz ölkəsinin bu mədəni inteqrasiyada əlindən gələni köməyi göstərməyə hazır olduğunu vurğulayıb.

Azər
AzNews.az