İcra başçısı aksiyaya hazırlaşan sakinlərlə görüşdü

30 Yanvar 2013 15:47 (UTC+04:00)

Bu gün Zaqatala rayonunun Gözbarax, Muxax və Tala kənd sakinləri etiraz aksiyası keçirməyə cəhd ediblər. Aksiyanın keçirilməsinin səbəbi isə zəlzələ nəticəsində ziyan çəkmiş kənd sakinlərinə verilən kompensasiyanın azlığıdır.

Rayondan AzNews.az-a verilən məlumata görə, aksiyanın keçirilməsindən xəbər tutan rayon icra başçısı Mübariz Əhmədzadə, polis rəisi Arif Babayev hadisə yerinə gəliblər. İcra başçısı kənd sakinləri ilə söhbətində kompensasiyanın azlığını etiraf edib. Və bu məsələnin tez bir zamanda aradan qaldırılacağını bildirib.

İlkin
AzNews.az